
Planex Construction
Tikinti sənayesində planlama, çertyoj hazırlanması və memarlıq sahələrində ixtisaslaşmış bir şirkətdir. İllərlə qazandığımız təcrübə sayəsində müştərilərimizin ideyalarını gerçəkləşdirməyi və layihələrini ən yüksək keyfiyyət standartlarında reallaşdırmağı qarşımıza məqsəd qoymuşuq.
Peşəkar komandamız layihənin konsepsiya mərhələsindən tutmuş son tamamlama işlərinə qədər bütün proseslərdə müştərilərimizlə sıx əməkdaşlıq edir. Planex Construction hər bir müştərinin unikal tələbat və gözləntilərini nəzərə alaraq, estetik cəhətdən gözoxşayan, funksional və davamlı memarlıq həlləri yaradır. İstər fərdi evlərin, istərsə də kommersiya binalarının layihələndirilməsi olsun, komandamız hər layihəyə xüsusi yanaşma ilə sərfəli, etibarlı və innovativ həllər təqdim edir.